“Atletiko” Alvares üçün 120 milyon avro istəyir
“Atletiko Madrid” Xulian Alvares üçün ən azı 120 milyon avro tələb edir.
90plus.az xəbər verir ki, “Atletiko Madrid”in hücumçusu Xulian Alvares üçün yüksək transfer qiyməti müəyyən etdiyi bildirilir. Klubun onun transferi üçün ən azı 120 milyon avro tələb etdiyi qeyd olunur.
Məlumata görə, “Barselona” transfer danışıqlarına daha aşağı məbləğlə — təxminən 70 milyon avro civarında təkliflə başlamağı planlaşdırır. Bu addımın qiyməti endirmək məqsədi daşıdığı bildirilir.
Mənbə: elchiringuitotv
© Copyright 2026, All Rights Reserved