Bakıda Verstappen hamıdan sürətli oldu
Maks Verstappen Bakıda qələbə qazandı.
90plus.az xəbər verir ki, Formula 1 Dünya Çempionatının 17-ci mərhələsi – Azərbaycan Qran Prisi uğurla başa çatdı. “Red Bull” pilotu Maks Verstappen həm sıralama turunda qazandığı üstünlüyü, həm də yarışdakı sabit performansı ilə birinci yeri tutaraq qələbəyə imza atdı.
İkinci yeri “Mersedes”dən Corc Rassell, üçüncü yeri isə “Uilyams”dan Karlos Sains qazandı.
Çempionatda lider olan “Maklaren” pilotu Oskar Piastri isə yarışa uğursuzluqla yekun vurdu. O, 5-ci döngədə qəza edərək mübarizəni vaxtından əvvəl dayandırdı.
Növbəti mərhələ – Sinqapur Qran Prisi oktyabrın 5-də keçiriləcək.
Pilotların ilk “5-liyi”:
1. Oskar Piastri
2. Lando Norris
3. Maks Ferstappen
4. Corc Rassell
5. Şarl Lekler
Komandaların ilk “5-liyi”:
1. “Maklaren”
2. “Mersedes”
3. “Ferrari”
4. “Red Bull”
5. “Uilyams”
© Copyright 2026, All Rights Reserved