“Barsa” və Alvares bir-birini istəyir. Razılıq var
"Barselona”dan Alvarez üçün 100 milyon avroluq təklif – argentinalı hücumçu keçidə razıdır.
90plus.az xəbər verir ki, “Barselona” yay transfer pəncərəsinin ən səs-küylü keçidlərindən birini reallaşdırmağa yaxındır.
Məlumata görə, Kataloniya nəhəngi Madrid “Atletiko”sunun hücumçusu Xulian Alvareslə şəxsi müqavilə şərtləri üzrə razılıq əldə edib. Futbolçunun agenti Fernando Hidalqo ilə “Barselona” rəhbərliyi arasında keçirilən görüşdən sonra tərəflər arasında prinsipial anlaşma əldə olunub.
Bildirilir ki, Alvareslə maraqlanan klublar arasında PSJ və “Arsenal” da olub. Lakin argentinalı forvardın əsas prioriteti İspaniyada qalmaq və karyerasını “Barselona”da davam etdirməkdir.
Transferlə bağlı növbəti mərhələ artıq klublar arasında aparılan danışıqlardır. İspaniya mətbuatının yazdığına görə, “Barselona” Madrid “Atletiko”suna ilk rəsmi təklifini də göndərib. Kataloniyalılar 25 yaşlı hücumçu üçün 100 milyon avro ödəməyə hazırdır.
Mənbələrin iddiasına əsasən, klub prezidenti Joan Laporta danışıqlara şəxsən rəhbərlik edir və transferi mümkün qədər tez yekunlaşdırmaq niyyətindədir.
Xəbərdə həmçinin qeyd olunur ki, Alvares yaxın çevrəsinə gələcəyi ilə bağlı fikrini açıq şəkildə bildirib:
“Barselona”da oynamaq istəyirəm”.
Hazırda transferin reallaşması üçün əsas məsələ “Barselona” ilə Madrid “Atletiko”su arasında maliyyə şərtlərinin razılaşdırılmasıdır. Tərəflər ortaq məxrəcə gələ bilsələr, Alvares bu yay Kataloniya klubunun ən bahalı transferlərindən birinə çevrilə bilər.
© Copyright 2026, All Rights Reserved