Şafranko “Sabah”dan getdi
Pavol Şafranko “Sabah”la vidalaşdı.
90plus.az xəbər verir ki, paytaxt təmsilçisi slovakiyalı hücumçu Pavol Şafrankonun komandadan ayrıldığını açıqlayıb.
Klubun yaydığı məlumata əsasən, 30 yaşlı forvardın başa çatan müqaviləsi uzadılmayıb və tərəflər əməkdaşlığı dayandırmaq qərarına gəliblər.
2024-cü ildən “Sabah”ın formasını geyinən Şafranko bu müddət ərzində 55 qarşılaşmada iştirak edib. O, aktivinə 18 qol və 3 məhsuldar ötürmə yazdırıb.
Slovak futbolçu Bakı təmsilçisinin heyətində uğurlu dövr keçirib. O, komanda ilə Azərbaycan çempionluğu sevinci yaşayıb, həmçinin iki dəfə ölkə kubokunu başı üzərinə qaldırıb. Klub Pavol Şafrankoya xidmətlərinə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.
© Copyright 2026, All Rights Reserved