Bernardo Silva “Barselona”ya təklif edilib
90plus.az xəbər verir ki, Portuqaliya millisinin yarımmüdafiəçisi Bernardo Silva karyerasını İspaniyada davam etdirə bilər.
Diario Sport-un məlumatına görə, təcrübəli futbolçu “Barselona”ya təklif olunub. Kataloniya təmsilçisi hazırda sərbəst agent statusunda olan oyunçunun transfer imkanlarını dəyərləndirir.
Mənbənin iddiasına əsasən, Bernardo Silva ilə yalnız “Barselona” maraqlanmır. Madridin “Atletiko” klubu da futbolçuya rəsmi təklif göndərib və onun transferi uğrunda mübarizəyə qoşulub.
Bildirilir ki, “Barselona”nın baş məşqçisi Hansi Flik yeni mövsüm öncəsində heyətin dərinliyini artırmaq niyyətindədir. Alman mütəxəssis xüsusilə yarımmüdafiə və hücum xəttində əlavə alternativlərin olmasını vacib hesab edir.
Hazırda kataloniyalılar Bernardo Silvanın transferinin maliyyə şərtlərini və komandanın ehtiyaclarını nəzərdən keçirir. Yekun qərarın yaxın həftələrdə veriləcəyi gözlənilir.
© Copyright 2026, All Rights Reserved