Boksçu döyüşsonrası dünyasını dəyişdi
Nigeriyalı boksçu Qabriel Oluvasequn Olanrevaju Qanada keçirdiyi döyüşdən sonra faciəvi şəkildə dünyasını dəyişib.
90plus.az xəbər verir ki, 40 yaşlı idmançı Qananın Akkra şəhərində yerli rəqibi Con Mbanuqu ilə keçirdiyi döyüşün üçüncü raundunda huşunu itirib.
İlkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
VİDEO: https://t.me/doxsanplus/100537
Qeyd: Nigeriyanın Boks üzrə Nəzarət Şurasının baş katibi Remi Aboderin: “Bu xəbər bizi həqiqətən alt-üst etdi. Ağlımıza da gəlməzdi ki, belə bir hadisə olar. Biz öz məsuliyyətimizi yerinə yetirəcəyik və ailəsinin yanında olacağıq."
📰: TMZ
© Copyright 2026, All Rights Reserved