Florentino Peres futbolçularla sərt danışdı
"Real Madrid"in Çempionlar Liqasından "Bayern Münhen" qarşısında mübarizədən kənarlaşmasından sonra klub prezidenti Florentino Peres komanda ilə danışmaq üçün futbolçuların soyunub-geyinmə otağına daxil olub.
90plus.az xəbər verir ki, o, futbolçulara sərt tonda belə deyib:
“Real Madrid üçün bir mövsüm kuboksuz qalmaq uğursuzluqdır. İki mövsüm isə dözülməzdir.
"Real Madrid" formasını geyinmək bir imtiyazdır, amma bu həm də məsuliyyətdir və siz bu məsuliyyətin öhdəsindən gələ bilməmisiniz.”
Futbolçulara həmçinin La Liqanı ləyaqətlə başa vurmaq və sonadək mübarizə aparmaq tapşırılıb.
Bu, təxminən son on ildə ilk dəfədir ki, "Real Madrid" ardıcıl iki mövsüm kuboksuz qalmaq təhlükəsi ilə üzləşir.
© Copyright 2026, All Rights Reserved