Ferran Torres Alvares transferi üçün istifadə olunmağa YOX dedi
Ferran Torres “Atletiko”ya getmək istəmir – Alvares transferində maneə yarandı.
90plus.az xəbər verir ki, “Barselona”nın hücumçusu Ferran Torres klubun transfer planlarına qarşı çıxıb. İspaniyalı futbolçu Xulian Alvares üçün mümkün razılaşmanın bir hissəsi olmaq istəmir. Bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, “Barselona” rəhbərliyi argentinalı forvardı heyətinə qatmaq üçün müxtəlif variantları nəzərdən keçirib və onlardan biri Ferran Torresin sövdələşməyə daxil edilməsi olub. Lakin 26 yaşlı hücumçu klubdan ayrılmaq niyyətində deyil və danışıqlarda istifadə olunmasına qarşıdır.
Bununla yanaşı, "Atletiko Madrid" də oyunçu mübadiləsinə isti baxmır. Madrid təmsilçisi Alvaresin mümkün satışı üçün yalnız maliyyə təklifi qəbul etməyə hazırdır və başqa futbolçuların transferə daxil edilməsində maraqlı deyil.
Beləliklə, Ferran Torresin mövqeyi və “Atletiko”nun tələbləri “Barselona”nın Xulian Alvares transferini reallaşdırmasını daha da çətinləşdirə bilər. Hazırda madridlilər argentinalı hücumçunu buraxmaq üçün yüksək məbləğ tələb edirlər.
© Copyright 2026, All Rights Reserved