“Fənərbağça” Paolo Maldinini gətirir
“Fənərbağça” Paolo Maldinini yeni idman direktoru vəzifəsinə gətirməyi düşünür.
90plus.az xəbər verir ki, klub prezidenti Sadettin Saran bu həftə Milanda 57 yaşlı italyan futbol əfsanəsi Paolo Maldini ilə görüş keçirib və tərəflər arasında mümkün əməkdaşlıq müzakirə olunub.
Bildirilir ki, “Fənərbağça” rəhbərliyi Maldinini yenidən futbol idarəçiliyinə qaytarmağa və onun karyerasında İtaliyadan kənarda yeni səhifə açmasına razı salmağa çalışır.
Maldininin son vəzifəsi "Milan" klubunda texniki direktor postu olub. O, 2023-cü ilin iyun ayına qədər bu vəzifədə çalışıb və həmin dövrdə komandanın A Seriyası çempionluğunu qazanmasında və Avropanın elit klubları sırasına qayıtmasında mühüm rol oynayıb.
© Copyright 2026, All Rights Reserved