Pedro Rodriges “Latsio” üçün göz yaşlarına boğuldu
Pedro Rodriges İtaliya Kubokunun finalında “İnter”ə məğlubiyyətdən sonra göz yaşlarını saxlaya bilməyib.
90plus.az xəbər verir ki, 38 yaşlı futbolçu bu mövsümün əvvəlində yayda "Latsio" ilə vidalaşacağını açıqlamışdı. Final fitindən sonra (0:2) emosional anlar yaşayan ispaniyalı veteran tribunalardakı bütün azarkeşlərin alqışları ilə qarşılanıb.
Pedro beş il ərzində "Roma" klubunun əsas simalarından birinə çevrilmiş, komandanın kapitanı olmuş və azarkeşlərin böyük rəğbətini qazanmışdı. Buna baxmayaraq, təcrübəli futbolçu “Latsio” karyerasını heç bir titul qazanmadan başa vuracaq.
Karyerası ərzində dünya çempionluğu, Çempionlar Liqası və bir çox böyük kuboklar qazanan Pedro üçün bu məğlubiyyət xüsusilə ağır olub. Finaldan sonra onun göz yaşları sosial şəbəkələrdə geniş rezonans doğurub və futbolsevərlər tərəfindən “ürəkdağlayan an” kimi qiymətləndirilib.
© Copyright 2026, All Rights Reserved