Vardi “Lester”ə dönmək istəmir
Ceymi Vardi “Lester”ə qayıtmaq istəmir.
90plus.az xəbər verir ki, Ceymi Vardinin gələcəyi ilə bağlı yeni detallar ortaya çıxıb.
Təcrübəli hücumçunun hazırda keçmiş klubu "Lester Siti"yə qayıtmaq variantını nəzərdən keçirmədiyi bildirilir. Məlumata görə, Vardinin bütün diqqəti mövsümün sonuna qədər "Kremoneze"nin A Seriyasında qalmasına yönəlib.
İddialara əsasən, İtaliya klubu elitadakı yerini qoruyacağı halda, 38 yaşlı futbolçunun müqaviləsini daha bir il uzatmaq imkanı olacaq. Vardinin də “Kremoneze”nin A Seriyasında qalacağı təqdirdə komandada qalmaqdan məmnun olduğu qeyd edilir.
Qeyd: İngilis hücumçu uzun illər “Lester”in simvollarından biri hesab olunub və klubla birlikdə Premyer Liqa çempionluğu yaşayıb.
© Copyright 2026, All Rights Reserved