Formula 1: Bəhreyndə ilk sıranın adı bilindi
Formula 1 üzrə Dünya Çempionatında mövsümün 4-cü yarışı – Bəhreyn Qran Prisi üçün poul mövqeyini Oskar Piastri qazandı.
90plus.az xəbər verir ki, Formula 1 Dünya Çempionatında mövsümün 4-cü mərhələsi olan Bəhreyn Qran Prisinin poul mövqeyini “McLaren” komandasının avstraliyalı pilotu Oskar Piastri qazanıb.
Bəhreynin eyni adlı 5,4 kilometrlik trasında 57 dövrə üzərində keçiriləcək yarışın sıralama mərhələsində Piastri 1 dəqiqə 29.841 saniyəlik nəticə ilə ən yaxşı göstəriciyə imza ataraq yarışa ilk sıradan başlama hüququ qazanıb.
Piastridən 0.168 saniyə geri qalan “Mercedes” pilotu Corc Rassell ikinci, 0.334 saniyəlik fərqlə “Ferrari” pilotu Şarl Lekler isə üçüncü yeri tutub.
Bəhreyn Qran Prisi sabah Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
© Copyright 2026, All Rights Reserved