Formula-1-də çempionluq son həftəyə qaldı
Formula 1-də Qətər Qran-Prisi: Verstappen qalib gəldi, çempionluq hələ son həftəyə qaldı.
90plus.az xəbər verir ki, Formula 1-in 23-cü yarışı Qətərdə baş tutub. Yarış zamanı “Red Bull” pilotu Maks Verstappen zəfər qazanıb. Çempionluğun taleyi isə gələn həftə keçiriləcək Abu Dabi Qran-Prisi nəticəsində müəyyənləşəcək.
Yarışda “MakLaren” pilotu Lando Norris çempionluğunu təmin edə bilərdi, lakin Maks Verstappenin qalibiyyəti nəticəsində çempionluq mübarizəsi son həftəyə qaldı. Yarışın nəticələrinə görə, Maks Verstappen 1-ci, “MakLaren” pilotu Oskar Piastri 2-ci, “Uilliams” sürücüsü Karlos Sayns 3-cü, Lando Norris isə 4-cü olub.
Beləliklə, Abu Dabi Qran Prisi şampionluğu müəyyən edəcək. Yarışda Lando Norris, Oskar Piastri və Maks Verstappen titul uğrunda mübarizə aparacaq.
© Copyright 2026, All Rights Reserved