Formula 1: Hemilton 1-ci oldu
“Formula 1 Azərbaycan Qran-Prisi”ndə ikinci sərbəst yürüş başa çatıb. Mübarizədə 10 komandanın hər birindən 2 pilot iştirak edib.
90plus.az xəbər verir ki, yüksək tempdə və gərgin rəqabət şəraitində keçirilən yürüşün qalibi “Ferrari”nin britaniyalı pilotu Luis Hemilton olub. Onun komanda yoldaşı, monakolu Şarl Lekler ikinci pillədə qərarlaşıb. İlk üçlüyü isə “Mercedes”in sürücüsü, digər britaniyalı Corc Rassell tamamlayıb.
Xatırlatma: 1-ci sərbəst yürüşdə ən yaxşı nəticəni “McLaren”in pilotu Lando Norris göstərmişdi.
Azərbaycan Qran-Prisi sentyabrın 21-də başa çatacaq.
© Copyright 2026, All Rights Reserved