Formula-1: Yaponiyada Ferstappen ən sürətli oldu
Formula 1-də 2025-ci il mövsümünün 3-cü yarışı olan Yaponiya Qran Prisi Suzuka şəhərindəki 5,807 metr uzunluğunda olan məşhur Suzuka asfaltında təşkil olundu.
90plus.az xəbər verir ki, yarışa "pol" mövqeyində başlayan "Red Bull" komandasının pilotu Maks Ferstappen 1:22:06.983-lük vaxtla birinci yeri qazandı. Bu, Ferstappenin 2025-ci ildəki ilk qələbəsi oldu.
Yarışda "MakLaren" komandasından Lando Norris ikinci, həmkarı Oskar Piastri isə üçüncü yeri tutdu. "Mersedes" komandasından Kimi Antonelli isə 1:30.965-lik ən sürətli turu həyata keçirərək yarışda bu mükafatı qazandı. Formula 1-in növbəti yarışı Bəhreyndə keçiriləcək və bu, mövsümün 4-cü yarışı olacaq.
Yaponiya Qran Prisi nəticələrinə əsasən, pilotlar və komandalar üzrə cari klassifikasiya aşağıdakı kimidir:
Pilotlar:
Lando Norris (Böyük Britaniya) - 62 xal
Maks Ferstappen (Hollandiya) - 61 xal
Oskar Piastri (Avstraliya) - 49 xal
Corc Rasl (Böyük Britaniya) - 45 xal
Kimi Antonelli (İtaliya) - 30 xal
Komandalar:
MakLaren - 111 xal
Mersedes - 75 xal
Red Bull - 61 xal
Ferrari - 35 xal
Uilliams - 19 xal.
© Copyright 2026, All Rights Reserved