NBA: yunan ulduzdan “triple double”
Amerika Basketbol Liqasında (NBA) keçirilən qarşılaşmada yunan ulduz Giannis Antetokounmpo 32 xal, 15 asist və 11 ribaund ilə “triple-double” edərək "Miluoki Baks"ın "Detroyt Pistons" üzərində 125-119 hesablı səfər qələbəsinə töhfə verib.
90plus.az xəbər verir ki, Detroytda baş tutan görüşdə ev sahibi "Pistons"dan Keyd Kanningem 36 xal və 12 asistlə “double-double” göstərsə də, bu performans qələbə üçün yetərli olmayıb.
Şərq Konfransı sıralaması və pley-off cütlükləri:
"Miluoki Baks" mövsümü 47 qələbə, 34 məğlubiyyətlə tamamlayaraq Şərq Konfransında 5-ci yeri tutub və pley-off mərhələsində "İndiana Peysers" ilə qarşılaşacaq.
"Detroyt Pistons" isə 44 qələbə, 37 məğlubiyyətlə 6-cı pillədə qərarlaşaraq pley-offda "Nyu-York Niks" ilə üz-üzə gələcək.
NBA-də son nəticələr – 15 oyunun yekunu:
"Filadelfiya 76ers" – "Atlanta Hoks": 110–124
"İndiana Peysers" – "Orlando Mecik": 115–129
"Detroyt Pistons" – "Miluoki Baks": 119–125
"Nyu-York Niks" – "Klivlend Kavalers": 102–108
"Boston Seltiks" – "Şarlot Hornets": 130–94
"Nyu-Orleans Pelikans" – "Mayami Hit": 104–153
"Çikaqo Bulls" – "Vaşinqton Vizards": 119–89
"Dalas Maveriks" – "Toronto Reptors": 124–102
"Denver Naqgets" – "Memfis Qrizlis": 117–109
"Minnesota Timbervulvs" – "Bruklin Nets": 117–91
"Yuta Caz" – "Oklahoma Siti Tander": 111–145
"Sakramento Kings" – "Los-Anceles Klippers": 100–101
"Portlend Treyl Bleyzers" – "Qolden Steyt Uorriorz": 86–103
"Feniks Sans" – "San-Antonio Spurs": 117–98
"Los-Anceles Leykers" – "Hyuston Rokets": 140–109
© Copyright 2026, All Rights Reserved