Mamardaşvili klubundan getmək istəyir

Gürcüstan millisinin qapıçısı Giorgi Mamardaşvili cari transfer pəncərəsində “Valensiya” komandasından ayrıla bilər.
90plus.az xəbər verir ki, futbolçu klubunu dəyişməkdə maraqlıdır və ona Səudiyyə Ərəbistanı çempionatının komandaları maraq göstərir.
Qapıçının transfer dəyəri isə 45 milyon avro qiymətləndirilir.
Oyunçunun “Valensiya” klubu ilə anlaşması 2027-ci ilin yayına kimidir.
Qeyd: Futbolçu son mövsüm La Liqada keçirdiyi 37 oyunda qapısından 41 top buraxıb. Oyunçu Avro-2024-də də Gürcüstan millisinin heyətində çıxış edib.
Mənbə: Todofichajes
© Copyright 2025, All Rights Reserved