Mbappe: “Futbol mənim üçün oyun olaraq qalmalıdır”
“Real Madrid”in hücumçusu Kilian Mbappe oyunu necə dərk etməsi ilə bağlı fikirlərini bölüşüb.
90plus.az xəbər verir ki, fransalı futbol ulduzu belə deyib:
“Bu, şübhəsiz ki, inkişaf edib. İlk başladığın zaman çox düşünmədən oynayırsan; əsasən özünü ifadə etməyi və fərq yaratmağı düşünürsən. Zaman keçdikcə anlayırsan ki, futbol yalnız sənin topla etdiklərin deyil. Bu, həm də ətrafında olan hər şeydir: komanda işi, sabitlik və məsuliyyət”.
“İndi daha geniş baxışım var, amma məni bu səviyyəyə gətirən axıcılığı qorumağa çalışıram. İnstinkt və məsuliyyət arasındakı balans hazırda oyunumu istilən ‘heatmap’dan daha yaxşı təsvir edir. Bu gün artıq təkcə istedad kifayət etmir – fərqi yaradan sabitlikdir”.
“Təzyiqə, gözləntilərə və meydançaya çıxanda risk altında olan hər şeyə baxmayaraq, futbol mənim üçün oyun olaraq qalmalıdır – hətta ən yüksək səviyyədə belə”, – deyə Mbappe bildirib.
© Copyright 2026, All Rights Reserved