“Hall Siti” Premyer Liqa üçün pley-offda! Acunun gözyaşları…
“Hall Siti” pley-offa yüksəldi – Acun Ilıcalı göz yaşlarını saxlaya bilmədi.
90plus.az xəbər verir ki, İngiltərənin “Championship” liqasında çıxış edən "Hall Siti" mövsümü ilk “6-lıq”da tamamlayaraq Premyer Liqaya yüksəlmək uğrunda pley-off mərhələsinə vəsiqə qazanıb.
Klubun sahibi Acun Ilıcalı bu uğurdan sonra emosiyalarını gizlədə bilməyib. O, həyat yoldaşı Çağla Ayça Altunkaya ilə birlikdə göz yaşlarına hakim ola bilməyib.
Acun Ilıcalı uğurun arxasında duran səbəblərdən danışarkən bildirib:
“İngiltərədə klub alalı dörd il olub. Keçən il açığı çox da xoşbəxt deyildim. Bu mövsümə isə tam fokuslandım. ‘Fənərbağça’da çox önəmli vəzifəm var idi və bu, buraya olan enerjimi azaldırdı. Bu il isə bütün diqqətimi ‘Hall Siti’yə yönəltdim.”
O, komandanın baş məşqçi seçiminin də uğurlu olduğunu vurğulayıb:
“Yaxşı məşqçi tapdığımızı düşünürəm. Keçən il ‘Kayserispor’da idi, Sergey Yakiroviç diqqətimi çəkdi və onu komandaya gətirdik. Daha sonra transferlərdə komandamız çox yaxşı iş gördü. Birlik olduq və nəticələr də gəlməyə başladı.”
Qeyd: “Hall Siti” mövsümü 6-cı pillədə başa vuraraq pley-off zonasında qərarlaşıb və indi Premyer Liqaya yüksəlmək üçün həlledici oyunlara çıxacaq.
© Copyright 2026, All Rights Reserved