Nikolas Ceksona 2 İtaliya nəhəngi elçi çıxıb
Nikolas Cekson “Yuventus” və “Milan”ın radarındadır.
90plus.az xəbər verir ki, yay transfer pəncərəsi ərəfəsində Nikolas Cekson ətrafında maraq getdikcə artır. İtaliya nəhəngləri "Yuventus" və "Milan" hücumçunun durumunu yaxından izləyir.
Hazırda "Bayern Münhen"də icarə əsasında çıxış edən futbolçu əsasən Harri Keynin ehtiyat variantı kimi istifadə olunur. Alman klubu isə mövsümün sonunda onun transfer hüququnu almağı planlaşdırmır - Plettigoal.
Bu səbəbdən Ceksonun yayda "Çelsi"yə qayıtması gözlənilir. Lakin londonluların heyətində onun gələcəyi qeyri-müəyyən olaraq qalır.
Məlumata görə, bir neçə klub artıq vəziyyəti diqqətlə izləyir və futbolçu transfer üçün əlçatan olacağı halda rəsmi addım atmağa hazırdır.
© Copyright 2026, All Rights Reserved