Endi Robertson “Fənər”dən təklif aldı
Türkiyəli jurnalist Yağız Sabuncuoğlu-nun məlumatına görə, Endi Robertson “Fənərbağça”dan təklif alıb.
90plus.az xəbər verir ki, “Liverpul”un müdafiəçisinin agenti İstanbula səfər edib və mövsümün sonunda “Enfild”dən azad agent kimi ayrılacaq futbolçu üçün şifahi müqavilə təklifi dinləyib.
Robertson təklifi nəzərdən keçirir, lakin danışıqlar “Fənərbağça”da iyunun əvvəlində keçiriləcək prezident seçkilərindən sonra davam etdiriləcək.
32 yaşlı futbolçu ilə həmçinin “Tottenhem Hotspur” də maraqlanır. Lakin London klubu transfer şansı qazanmaq üçün Premyer Liqada qalmağı təmin etməlidir.
© Copyright 2026, All Rights Reserved