“Hall Siti”nin Premyer Liqa uğrunda finalı təxirə salına bilər
"Hall Siti"nin Çempionşipdə pley-off finalı güdmə istintaqı səbəbilə təxirə salına bilər.
90plus.az xəbər verir ki, müstəqil komissiya "Sauthempton" klubunun yarımfinaldan əvvəl Uill Solt adlı bir əməkdaş vasitəsilə "Midlsbro" komandasının məşqini gizli şəkildə çəkdiyi iddialarını araşdırır - talkSPORT.
Əgər “Sauthempton” günahkar bilinsə, klub ciddi idman sanksiyaları ilə üzləşə bilər və hətta Uembli stadionunda keçiriləcək finaldan kənarlaşdırılması mümkündür. Bu isə hüquqi prosesə səbəb ola bilər və hazırda 23 may tarixinə planlaşdırılan finalın təxirə düşməsi ehtimalını artırır.
Bu arada “Midlsbro” futbolçuları məşqlərə qayıdıb və finala yenidən vəsiqə qazanmaq ehtimalına qarşı hazırlıqlarını davam etdirirlər. Klubun sahibi Stiv Gibson da hüquq eksperti Nik De Marko ilə mümkün addımları müzakirə edir.
İngiltərə Futbol Liqası isə matçın təxirə salınıb-salınmayacağı barədə rəsmi açıqlama verməyib.
© Copyright 2026, All Rights Reserved