İlin boksçusu adına aydınlıq gəldi
Ağır çəkidə mütləq dünya çempionu olan məğlubedilməz ukraynalı boksçu Aleksandr Usik "The Ring" jurnalı tərəfindən ilin ən yaxşı boksçusu adına layiq görülüb.
90plus.az bildirir ki, idmançı 2024-cü ildə iki döyüş keçirib və hər iki görüşdə britaniyalı Tayson Fyuri ilə üz-üzə gəlib.
İlk döyüş 18 may tarixində baş tutub. Həmin qarşılaşmada Usik, hakimlərin yekdil olmayan qərarı ilə Fyuriyə qalib gələrək onun sahib olduğu WBC titulunu qazanıb.
21 dekabrda boksçular arasında revanş görüşü keçirilib və bu dəfə Aleksandr hakimlərin yekdil qərarı ilə qələbə qazanıb.
© Copyright 2026, All Rights Reserved