Kirayə pulunu verə bilməyən klub oyunçunu həbsxanaya yerləşdirdi
Bosniyanın Foça şəhərində "Sutjeska" adlı basketbol klubu kirayə pulunu verə bilmədiyi üçün oyunçusunu həbsxanaya yerləşdirib.
90plus.az xəbər verir ki, adı açıqlanmayan idmançı üçün klub şəhərdə uyğun mənzil tapa bilməyiblər. Hətta klub öncə üç basketbolçunu həbsxanaya salmaq istəyib. Klub nümayəndələri onlara yaşayış icazəsi almaq üçün Foça həbsxanasının rəhbəri ilə əlaqə saxlayıblar.
Klubun bəyanatı: "Şəhərimizdə kirayə qiymətlərinin yüksək olduğu bir dövrdə bu dəstək klubun işini xeyli asanlaşdıracaq və onun gələcək inkişafına töhfə verəcək".
Mənbə: Basket News
© Copyright 2026, All Rights Reserved