Klopp məşqçiliyə dönmək istəmir
“Real Madrid”də baş məşqçi planı – Klopp variantı yenidən gündəmdə!
90plus.az xəbər verir ki, “Real Madrid” rəhbərliyi alman mütəxəssis Yurgen Kloppu bir müddətdir mümkün baş məşqçi variantı kimi nəzərdən keçirir.
“Marca” nəşrinin yaydığı məlumata görə, Madrid klubu daha əvvəl Karlo Ançelottini əvəzləmək üçün Kloppa rəsmi təklif göndərib. Həmin vaxt “kral klubu”nun alman məşqçiyə demək olar ki, “açıq çek” təqdim etdiyi bildirilir.
Lakin Klopp bu təklifi geri çevirərək məşqçilikdən kənar layihəyə üstünlük verib. O, hazırda “Red Bull” strukturunda idman məsləhətçisi kimi fəaliyyət göstərməyi seçib.
Mənbənin iddiasına görə, son aylarda yenidən yayılan şayiələrə baxmayaraq, Klopp bir neçə dəfə açıq şəkildə məşqçiliyə qayıtmaq planının olmadığını vurğulayıb. Hətta bu mövsüm onun “Real Madrid”ə keçə biləcəyi ilə bağlı iddialar ortaya atılsa da, alman mütəxəssis seçdiyi uzunmüddətli layihəni yarımçıq qoymaq niyyətində deyil.
Beləliklə, “Real Madrid”in gələcək məşqçi planlarında Klopp adı müzakirə olunsa da, hazırkı vəziyyətdə bu transferin reallaşması real görünmür.
© Copyright 2026, All Rights Reserved