“Neftçi”: “Matçda lal, kar, kor VAR”
“Neftçi”dən hakimliyə və VAR-a sərt etiraz – “Zirə” oyunu (1:1) qalmaqala səbəb oldu.
90plus.az xəbər verir ki, "Neftçi" Misli Premyer Liqasının 28-ci turunda "Zirə" ilə 1:1 hesablı heç-heçə etdikləri matçın hakimliyindən narazılığını açıq şəkildə bildirib.
Paytaxt klubu oyunda “Zirə”nin vurduğu qolla bağlı mübahisəli epizoda görə hakim qərarını və VAR müdaxiləsinin olmamasını kəskin tənqid edib. Klub sosial şəbəkə hesabında həmin epizodun görüntüsünü paylaşaraq “Matçda lal, kor, kar VAR” ifadəsini yazıb.
“Neftçi” tərəfinin etirazına səbəb olan epizodda “Zirə”nin futbolçusu Ruan Renatonun qol öncəsi “Neftçi”nin qapıçısı Kenan Piriçin hərəkət imkanını məhdudlaşdırdığı iddia olunur. Buna baxmayaraq, baş hakim İnqilab Məmmədov qolu qeydə alıb və VAR sistemi müdaxilə etməyib.
Qarşılaşmanın baş hakimi İnqilab Məmmədov, VAR hakimi isə Nicat İsmayıllı olub.
Həmin cavab qolunu təqdim edirik:
https://t.me/doxsanplus/116357
© Copyright 2026, All Rights Reserved