"Kəpəz"in futbolçusu mükafatlandırıldı
Azərbaycan Premyer Liqasında “Ayın qolu” layihəsi çərçivəsində ötən ilin dekabr ayının ən yaxşı qolunun müəllifi, “Kəpəz”in futbolçusu Ryonosuke Ohori mükafatlandırılıb.
90plus.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti açıqlama yayıb.
Mükafat XVIII turun “Kəpəz” – “Şamaxı” matçından əvvəl futbolçuya “Azərlotereya” ASC-nin İctimaiyyətlə əlaqələr və korporativ sosial məsuliyyət üzrə rəhbəri Seymur Teymurov tərəfindən təqdim olunub.
© Copyright 2026, All Rights Reserved