Lebron Ceymsin kartı satıldı
Basketbol əfsanəsi Lebron Ceymsin imzalı ticarət kartı hərracda 1,159 milyon dollara satılıb.
90plus.az xəbər verir ki, basketbolçunun "Klivlend"də çıxış etdiyi dövrə aid olan kart "Goldeb Auctions" hərracında sahibinə qovuşub.
Qeyd: L.Ceyms 2003-2010-cu və 2014-2018-ci illərdə "Klivlend"də çıxış edib. O, sabiq komandasınının heyətində bir dəfə NBA çempionu olub, final seriyasının (2016) və müntəzəm mövsümün (2009, 2010) ən dəyərli oyunçusu seçilib.
📰: ESPN
© Copyright 2026, All Rights Reserved