Mauro İkardinin qardaşı: “10 ildir danışmırq”
Mauro İkardinin qardaşından sensasiyalı açıqlama: “10 ildir danışmırıq”.
90plus.az xəbər verir ki, “Qalatasaray”ın və Argentina millisinin hücumçusu Mauro İkardinin qardaşı Qvido İkardi ailədaxili münasibətlərlə bağlı diqqətçəkən açıqlama verib.
Qvido bildirib ki, qardaşı ilə artıq 10-11 ildir münasibətləri demək olar ki, tamamilə kəsilib:
“10-11 ildir əlaqəmiz yoxdur. Danışmırıq. Sadəcə ad günlərində arabir bir-birimizə mesaj yazırıq, vəssalam”.
Onun sözlərinə görə, Mauro İkardinin dəyişməsinin əsas səbəbi futbol karyerasında qazandığı uğur və böyük maliyyə imkanları olub:
“Mauronun dəyişməsinin səbəbi futbolda uğur qazanması və çox pul əldə etməsi idi. Biz çox kasıb şəraitdən çıxmışıq. Hətta elə vaxtlar olub ki, futbol klubunun qarajında yaşamışıq”.
Qvido əlavə edib ki, qardaşı sosial və iqtisadi baxımdan yüksəldikdən sonra ailəsindən uzaqlaşıb:
“Amma o, maddi və sosial baxımdan yüksələndən sonra tamam başqa səviyyəyə keçdi”.
Bu açıqlamalar Mauro İkardinin şəxsi həyatı ilə bağlı yeni müzakirələrə səbəb olub. Klub və futbolçunun özü isə hələlik məsələ ilə bağlı münasibət bildirməyib.
© Copyright 2026, All Rights Reserved