Millimizin üzvü Bundesliqada debüt etdi
Azərbaycanın qadın milli komandası üzvü, müdafiəçi Nigar Mirzəliyeva Almaniya Bundesliqasında debütünü edib.
90plus.az xəbər verir ki, Nigar Mirzəliyeva Almaniya Bundesliqasında çıxış edən ilk azərbaycanlı qadın futbolçu oldu!
23 yaşlı müdafiəçi “Hamburq” forması ilə debüt etdi və “Frayburq”a qarşı əvvəldən sona qədər oynadı.
Qarşılaşma “Frayburq”un 2:0 hesablı qələbəsi ilə yekunlaşdı.
Nigar Mirzəliyeva “Hamburq” klubu ilə 2,5 illik müqavilə imzalayıb və hazırda Bundesliqada ölkəmizi təmsil edir.
Hazırda "Hamburq" 10 xalla 12-ci pillədə qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved