MMA: Patris Evra Luis Suarezə qarşı…
Patris Evra qarışıq döyüş növlərində (MMA) debüt edəcək.
90plus.az xəbər verir ki, "Man Yunayted”in sabiq üzvü vaxtilə problem yaşadığı Luis Suarez ilə döyüşmək istədiyini zarafatca bildirib:
”Rəsmi olaraq “PFL Europe”də ilk döyüşümə hazırlaşmağa başlayıram. Onlar mənim üçün rəqib seçəcəklər. Soruşdular ki, kiminlə döyüşmək istəyərdim. Dedim ki, Luis Suarez ilə. Pulu da özüm ödəyərəm, hətta istəyirsə, məni dişləyə də bilər".
VİDEO: https://t.me/doxsanplus/101964
Qeyd: Evra mayın 23-də baş tutacaq PFL Paris turnirində ilk döyüşünə çıxacaq. Onun rəqibi və çəki kateqoriyası bir müddət sonra açıqlanacaq.
📰: PFL Europe
© Copyright 2026, All Rights Reserved