Məşhur boksçu rinqlərə dönür - Tarix açıqlandı
90plus.az xəbər verir ki, ağır çəki üzrə ikiqat dünya çempionu olmuş Tayson Fyuri Oleksandr Usık qarşısında aldığı ardıcıl məğlubiyyətlərdən sonra karyerasını bitirdiyini açıqlamışdı. Lakin tanınmış təşkilatçı Frank Varrendən gələn son açıqlama boks dünyasında böyük maraq doğurub.
"İFL TV" YouTube kanalına danışan Varren bildirib ki, Fyurinin geri dönmək istədiyini düşünür və onun rinqə qayıdacağına inanır:
“Bu il olmayacaq, amma gələn il o, qayıdacaq. Bu, tamamilə onun şəxsi qərarı olacaq”, – deyə Varren qeyd edib. Bu açıqlama Tayson Fyurinin 2026-cı ildə rinqə çıxacağına işarə edib.
Digər tərəfdən, "All Out Fighting"də yayımlanan məlumata görə, boks azarkeşləri Fyurinin Entoni Coşua ilə qarşılaşmasını uzun zamandır gözləyir. İllərdir mediada bir-birinə söz atan bu iki ulduz hələ də rinqdə üz-üzə gəlməyib. Coşuanın meneceri Eddi Hörnün bu döyüş üçün danışıqlar apardığı, lakin hələ ki yekun qərarın verilmədiyi qeyd olunur.
Əgər razılaşma əldə olunarsa, Tayson Fyurinin geri dönüş döyüşü məhz Entoni Coşuaya qarşı baş tuta bilər.
© Copyright 2026, All Rights Reserved