NBA: Cokiç 61 xal atdı, komandası uduzdu
Amerika Basketbol Liqasında (NBA) "Denver Naqqets" ulduz oyunçusu Nikola Cokiçin əla performans sərgilədiyi oyunda "Minnesota Timbervulvs"a 140-139 hesabı ilə məğlub oldu.
90plus.az xəbər verir ki, "Timbervulvs"u Denverdəki "Ball Arena"da qəbul edən "Naqqets" serb oyunçu Nikola Cokiçin 61 xal, 10 ribaund və 10 asistlə "triple-double" etdiyi oyunu bir xal fərqi ilə məğlub oldu.
"Minnesota Timbervulvs"da Entoni Eduards 34 xal və 10 ribaund, Culias Rendl və Nikayl Aleksandr-Ualker də 26 xalla qələbəyə töhfə verdi.
© Copyright 2026, All Rights Reserved