NBA-də DAVA - 7 nəfər oyundan kənarlaşdırıldı
"Minnesota Timbervulvs" "Detroit Pistons"u 123-104 məğlub etdi və mövsümün 43-cü qələbəsini qazandı.
90plus.az xəbər verir ki, matçın ilk yarısında bir vəziyyətdə "Detroit Pistons"lu Ron Holland "Minnesota"dan Naz Reidə qarşı qaydanı pozdu. Bu hərəkət sonrası mübahisə başladı və oyunçuları hakimlər və texniki heyət ayırmağa çalışdı.
Baş verən mübahisə sonrası "Minnesota"dan baş məşqçi JB Bikerstaff, oyunçulardan Donte DiVinçenzo və Naz Reid ilə yanaşı, "Detroit Pistons"dan köməkçi məşqçi Pablo Prigioni və oyunçulardan Ron Holland, Ayzayah Stüart və Markus Sasser oyundan çıxarıldı.
© Copyright 2026, All Rights Reserved