“Porto” çempion oldu!
“Porto” Portuqaliya çempionu oldu — 2021/22-dən sonra ilk titul!
90plus.az xəbər verir ki, “Porto” Portuqaliya çempionatının qalibi olub. Komanda “Alverka” üzərində 1:0 hesablı qələbə qazanaraq bitməsinə iki tur qalmış çempionluğu rəsmiləşdirib.
Oyunda həlledici qol ilk hissənin sonuna 5 dəqiqə qalmış vurulub. Künc zərbəsindən sonra Yan Bednarek yüksəkliyə tullanaraq başla fərqlənib və matçın yeganə qoluna imza atıb. Bu qol səfərdəki azarkeşlər arasında böyük sevincə səbəb olub.
Eyni gündə “Benfika”nın “Famalikao” ilə 2:2 heç-heçə etməsi də “Porto”nun işini asanlaşdırıb. Rəqibin xal itirməsi ilə “Porto” turnir cədvəlində 9 xal fərqi ilə əlçatmaz mövqeyə yüksəlib və çempionluğu təmin edib.
Bu titul “Porto” üçün 2022-ci ildən sonra ilk çempionluqdur və klub tarixində 31-ci Portuqaliya çempionluğu kimi qeydə alınıb. Komanda bununla “Benfika”nın 38 titullu rekorduna bir addım daha yaxınlaşıb.
Baş məşqçi Françesko Farioli üçün bu, klubdakı ilk mövsümdə böyük uğur olub. O, “Porto”nu qısa zamanda Portuqaliya futbolunun zirvəsinə qaytarmağı bacarıb.
© Copyright 2026, All Rights Reserved