"Qarabağ" Polşa klubuna qalib gəldi
Mövsümün ikinci yarısına hazırlaşan “Qarabağ” komandası Antalyadakı təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama görüşünü keçirib.
90plus.az xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı kollektiv Polşanın “Zaqlebie” klubu ilə qarşılaşıb. “Gloria Sports Arena”da baş tutan görüş Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd: “Qarabağ” bundan öncə keçirdiyi yoxlama oyunlarında Özbəkistanın “Neftçi” (Fərqanə) komandasına 5:0, Xorvatiyanın “Osiyek” klubuna isə 3:1 hesabı ilə qalib gəlib.
© Copyright 2026, All Rights Reserved