Levandovski “Barselona” ilə danışıqları dayandırdı
Robert Levandovski ilə "Barselona" arasında yeni müqavilə danışıqları dayanıb.
90plus.az xəbər verir ki, tərəflər arasında hazırda heç bir aktiv təmas yoxdur və təcrübəli hücumçunun yayda komandadan ayrılması ehtimalı xeyli artıb. Bildirilir ki, yaxın vaxtlarda yeni təklif təqdim olunmasa, Levandovski klubdan azad agent kimi ayrılacaq.
36 yaşlı futbolçunun xidmətində bir neçə klub maraqlıdır. Xüsusilə Səudiyyə Ərəbistanı və MLS təmsilçilərinin vəziyyəti yaxından izlədiyi qeyd olunur. İtaliya klubları da hücumçu ilə maraqlansa da, onun yüksək maaşı transferi çətinləşdirir.
Eyni zamanda, "Porto" da Levandovskini heyətinə qatmaq istəyən komandalar sırasına qoşulub. “Sky Sport Deutschland”ın yaydığı xəbərə əsasən, Portuqaliya nəhəngi “Barselona” ilə müqavilə qeyri-müəyyənliyindən istifadə edərək futbolçunu son dəfə Avropada fərqli layihəyə cəlb etməyə çalışır.
Hazırda Levandovskinin gələcəyi ilə bağlı yekun qərar vermədiyi bildirilir. Təcrübəli forvard növbəti karyera addımını diqqətlə dəyərləndirir.
© Copyright 2026, All Rights Reserved