Cəlal Hüseynov Bolqarıstanda dubl etdi
Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanda növbəti dəfə diqqət mərkəzinə düşüb.
90plus.az xəbər verir ki, 23 yaşlı futbolçunun çıxış etdiyi Arda ölkə çempionatının 34-cü turunda səfərdə Botev ilə qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Start heyətdə meydana çıxan və matçı əvəzlənmədən keçirən Cəlal komandasının əsas qəhrəmanı olub. Müdafiəçi 61-ci və 70-ci dəqiqələrdə fərqlənərək dubla imza atıb və “Arda”ya vacib üç xalı qazandırıb.
Uğurlu çıxışı ilə seçilən azərbaycanlı futbolçu qarşılaşmanın ən yaxşı oyunçusu adına da layiq görülüb.
Bu qələbədən sonra “Arda” xallarının sayını 48-ə çatdıraraq turnir cədvəlində 7-ci pillədə mövqeyini qoruyub.
© Copyright 2026, All Rights Reserved