"Qəbələ" "İmişli"dən 3 xalı qoparmağı bacardı
Azərbaycan Premyer Liqasının XVIII turunda “Qəbələ” “İmişli”ni məğlub edib.
90plus.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən qarşılaşmada meydan sahibləri 3:2 hesabı ilə qalib gəliblər.
“Qəbələ”nin heyətində Domi Massumo (27, 45+1, 88) het-trik edib. Qonaq komandanın futbolçusu Dioqo Almeyda (7, 61) isə hər iki qolunu vurub.
Bu qələbə sayəsində xallarını 14-ə çatdıran “Qəbələ” turnir cədvəlində 10-cu pilləyə qalxıb. 18 xala malik “İmişli” isə 9-cu sırada qərarlaşıb.
Qeyd: Turun açılış matçında “Sumqayıt” “Karvan-Yevlax”ı 2:0 hesabı ilə məğlub etmişdi. XVIII tur fevralın 1-də yekunlaşacaq.
© Copyright 2026, All Rights Reserved