Rüfət Xorvatiyada fərqləndi
Rüfət Abdullazadə Xorvatiya çempionatında ilk asistini etdi.
90plus.az xəbər verir ki, Xorvatiyanın “Varajdin” klubunda çıxış edən azərbaycanlı futbolçu Rüfət Abdullazadə növbəti oyununda fərqlənib.
“Dinamo Zaqreb”ə qarşı matçda ikinci hissənin əvvəlində – 46-cı dəqiqədə meydana daxil olan Abdullazadə, cəmi 6 dəqiqə sonra (52-ci dəqiqədə) komandasının bərabərlik qoluna məhsuldar ötürmə verib.
Bu ötürmə ilə 21 yaşlı yarımmüdafiəçi Xorvatiya çempionatındakı 3-cü oyununda ilk assistini rəsmiləşdirib.
© Copyright 2026, All Rights Reserved