Formula-1: Birincidən başlayan sürpriz ad oldu
90plus.az xəbər verir ki, “Formula 1” Dünya Çempionatının 18-ci mərhələsi olan Sinqapur Qran-Prisində sıralama turunun qalibi “Mercedes” komandasının britaniyalı pilotu Corc Rassell olub.
Sinqapurda yerləşən 4,9 kilometrlik “Marina Bey” şəhər trasında keçiriləcək və 62 dövrədən ibarət olan yarış öncəsi sıralama turunda Rassell 1 dəqiqə 29.158 saniyəlik nəticə göstərərək “poul” mövqeyini ələ keçirib.
İNFO: "Poul": startda birinci yerdən yarışa başlamaq deməkdir.
Bu mövqe sıralanma turunda ən sürətli dövrə vuran pilot tərəfindən qazanılır. Yəni kim sıralanma sessiyasında ən yaxşı nəticəni göstərirsə, yarışa birinci yerdən — poul mövqeyindən — başlayır.
Son dünya çempionu Maks Verstappen (“Red Bull”) Rasselldən 0.182 saniyə geri qalaraq ikinci, çempionatda lider olan Oskar Piastri (“MakLaren”) isə 0.366 saniyə geridə qalmaqla üçüncü yeri tutub.
Sinqapur Qran-Prisi sabah, Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.
© Copyright 2026, All Rights Reserved