Sərt yamac xizəkçini öldürüb
İtaliyalı dağ xizəkçisi Matilda Lorenzi məşq zamanı sərt yamacda başından ağır zərbə alaraq faciəvi şəkildə həlak olub.
90plus.az xəbər verir ki, qəza dünən 28 oktyabr) Val-Senales dağlarında baş verib. 20 yaşlı idmançı xəstəxanaya aparılsa da, sağ qalması mümkün olmayıb.
Qeyd: M.Lorenzi ötən mövsüm gənclər arasında İtaliya Kubokunun qalibi idi.
Mənbə: Beynəlxalq Xizək və Snoubord Federasiyası
© Copyright 2026, All Rights Reserved