Tennis: Naomi Osaka finaldan imtina etdi
Yaponiyanın sabiq dünya birincisi Naomi Osaka Yeni Zelandiyanın Oklend şəhərində keçirilən ASB Klassik turnirinin finalında danimarkalı Klara Tauson qarşısında ilk seti (6:4) qazandıqdan sonra finaldan geri çəkilib.
90plus.az xəbər verir ki, WTA Turunun rəsmi vebsaytında yazılana görə, 57-ci sırada yer alan Osaka qarın nahiyəsindən aldığı zədə səbəbindən mübarizəni dayandırıb və bu Tausona karyerasında üçüncü titulunu qazandırıb.
Zədə ikiqat çempion olan Osakanın 12 yanvar tarixində başlayacaq Avstraliya Açıq Turnirində iştirakını da sual altında qoyur.
Bu final 2024-cü ilin yanvarında analıq məzuniyyətindən qayıtdıqdan sonra Osakanın ilk finalı idi və o, 2021-ci ilin Avstraliya Açıq Turnirindən sonra ilk titulunu qazanmağa ümid edirdi.
Qeyd: Keçən noyabr ayında 27 yaşlı tennisçi qarın və aşağı bel zədələrinə görə İspaniyada keçirilən Billie Jean King Kubokunun komanda finalında iştirak edə bilməmişdi.
© Copyright 2026, All Rights Reserved