"Timbervulvs" "Los Anceles"i məğlub edib seriyada önə keçdi
NBA pley-offlarının ilk turunda "Minnesota Timbervulvs" səfərdə "Los Anceles Leykers"i 117-95 hesabı ilə məğlub edərək seriyada 1:0 önə keçdi.
"Timbervulvs" ilk oyunda "Leykers"i məğlub etdi
90plus.az xəbər verir ki, Qərb Konfransını 6-cı pillədə başa vuran "Minnesota Timbervulvs" normal mövsümü 3-cü sırada tamamlayan "Los Anceles Leykers"ə qarşı seriyanın ilk oyununu Ceyden MakDenielsin 25 xal, 9 ribaund; Antoni Edvardsın 22 xal, 9 assist və 8 ribaundla keçirdiyi performansla qazandı.
"Leykers"də Luka Donçiçin 37 xalı, 8 ribaundu və Lebron Ceymsin 19 xalı məğlubiyyətin qarşısını ala bilmədi.
– "Peysers" seriyada 1:0 önə keçdi
Şərq Konfransını 4-cü yerdə başa vuran "İndiana Peysers" öz meydanında konfransı 5-ci sırada tamamlayan "Milvoki Baks"ı 117-98 hesabı ilə məğlub edərək seriyada üstünlük qazandı.
"Peysers"də Paskal Siakam 25 xal, 7 ribaundla fərqləndi, Tayris Haliberton 10 xal, 12 assist və 7 ribaundla "dabl-dabl" etdi.
"Baks"da Yannis Antetokounmponun 36 xal, 12 ribaundluq performansı da məğlubiyyətin qarşısını ala bilmədi. Ey Cey Qrin 15, Geri Trent isə 14 xalla oyunu tamamladı.
– Nəticələr
"İndiana Peysers" – "Milvoki Baks": 117–98
"Denver Naqgets" – "Los Anceles Klippers": 112–110
"Nyu-York Niks" – "Detroyt Pistons": 123–112
Xəbəri hazırladı: Cahid Süleymanov
© Copyright 2026, All Rights Reserved