UEFA İrlandiya klubuna qadağa qoydu

UEFA "Droqheda Yunayted" klubunu Konfrans Liqasından kənarlaşdırıb.
90plus.az xəbər verir ki, bu barədə İrlandiya klubunun mətbuat xidməti açıqlama yayıb.
"Ay-ulduzlular" Danimarka təmsilçisi “Silkeborq”la eyni turnirdə iştirak etməli idi. Lakin hər iki komanda eyni şirkət tərəfindən maliyyələşdiyi üçün bu hal UEFA-nın qaydalarına uyğun sayılmır. Buna görə də qurum "Droqheda Yunayted"in yarışa qatılmasına etiraz edib.
Bildirilib ki, İrlandiya klubu bu qərarla razılaşmayaraq İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək.
© Copyright 2025, All Rights Reserved