Useyn Boltun rekordu qırıldı
Cənubi Afrikadan olan sprinter Akani Simbine yeni dünya rekorduna imza atıb.
90plus.az xəbər verir ki, atlet Botsvanada baş tutan “Qızıl Qran Pri” yarışında məsafəni 9,90 saniyəyə tamamlayaraq bu uğura nail olub.
Qeyd: Bu göstərici daha əvvəl 10 mövsüm ərzində 10 saniyənin altında finişə çatan Yamaykalı Useyn Bolta məxsus idi.
Xatırlatma: U. Bolt hələ də 100 metr (9,58 saniyə) və 200 metr (19,19 saniyə) qaçışda dünya rekordçusudur. O, 2017-ci ildə karyerasını başa vurub.
© Copyright 2026, All Rights Reserved