Yaponiyada "pol" mövqeyi Maks Verstappenindir
Maks Verstappen Yaponiya Qran Prisinə "pol" mövqeyindən başlayacaq.
90plus.az xəbər verir ki, Formula 1 Dünya Çempionatının üçüncü yarışı olan Yaponiya Qran Prisi üçün sıralama turları tamamlandı. "Red Bull" pilotu Maks Verstappen Suzuka şəhərindəki 5,8 kilometrlik pistdə keçirilən sıralama turlarında 1 dəqiqə 26.983 saniyəlik nəticə ilə "pol" mövqeyini qazandı.
Son 4 mövsümün çempionu olan Verstappen Yaponiyada ardıcıl olaraq 4-cü dəfə"pol" mövqeyinin sahibi oldu və eyni zamanda pistin rekordunu qırdı.
Verstappenin dərhal arxasında, yalnız 0.012 saniyə fərqlə "Maklaren" pilotu Lendn Norris (Landon Norris) yer aldı. Üçüncü sırada isə avstraliyalı Oscar Piastri ("Maklaren") 0.044 saniyə fərqlə yer aldı.
Qeyd: "Pol" mövqeyi əsas yarışın ən irəli mövqeyi kimi nəzərdə tutulur.
© Copyright 2026, All Rights Reserved