2034-də Qış Olimpiya Oyunları: Məkan bəlli
2034-cü il 27-ci Qış Olimpiya Oyunları ABŞ-nin Solt Leyk Siti şəhərində keçiriləcək.
90plus.az xəbər verir ki, bu haqda Parisdə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 142-ci sessiyasında keçirilən səsvermə nəticəsində məlum olub.
Səsvermədə Solt Leyk Siti üçün sessiyanın 83 iştirakçısı səs verib, 6 səs isə əleyhinə olub.
"BOK 2034-cü il 27-ci Qış Olimpiya Oyunlarının Yuta ştatının Solt Leyk Siti şəhərinə verilməsini elan etməkdən şərəf duyur", - deyə komitədən bildirilib.
Solt Leyk Siti 2034-cü il Olimpiya Oyunlarına tək namizəd idi və BOK üzvləri tərəfindən təsdiqlənib.
Sessiya zamanı BOK-un vitse-prezidenti Con Kouts qeyd edib ki, əgər ABŞ Ümumdünya Antidopinq Agentliyinin (WADA) dopinqlə mübarizədə üstünlüyünü tanımasa, təşkilat 2034-cü il Oyunlarının Solt Leyk Sitidə keçirilməsi ilə bağlı müqaviləni ləğv etmək hüququna malikdir.
Mənbə: sportbox.ru
© Copyright 2026, All Rights Reserved