“Arsenal” çempionluğa 1 oyun uzaq qaldı
“Arsenal” İngiltərə Premyer Liqasının 37-ci turunda “Bornli”ni minimal hesabla məğlub edib və çempionluğa 1 oyun uzaqda qalıb.
90plus.az xəbər verir ki, London təmsilçisi evdə keçirilən oyunda 1:0 hesablı qələbə qazanıb. Qarşılaşmada yeganə qolu 37-ci dəqiqədə Kai Haverts vurub:
Arsenal 1 - 0 Börnli
K. Haverts 37’
Bu nəticədən sonra Mikel Artetanın komandası çempionluq yarışında böyük üstünlük əldə edib və artıq Premyer Liqa tituluna cəmi bir addım qalıb.
Hazırda turnir cədvəlində vəziyyət belədir:
Əgər “Mançester Siti” növbəti oyunda “Bornmut”a məğlub olarsa, “Arsenal” rəsmi olaraq Premyer Liqa çempionu olacaq.
Son dövrlərdə yüksək forması ilə seçilən “Arsenal” Premyer Liqada ardıcıl 4 oyundur qalib gəlir və bu matçlarda qapısında qol görməyib.
Komanda həm də mövsüm ərzində künc zərbələrindən 18 qol vurmaqla Premyer Liqa tarixində yeni rekord müəyyənləşdirib. Maraqlı statistikaya görə, “Arsenal”ın yalnız künc zərbələrindən vurduğu qollardan 8 daha az qol buraxması diqqət çəkir.
© Copyright 2026, All Rights Reserved