Joao Pedro: “Sadəcə azarkeş olacağam”
Joao Pedrodan ilk reaksiya: “Sadəcə azarkeş kimi dəstək olacağam”.
90plus.az xəbər verir ki, Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti bu yay keçiriləcək Dünya Çempionatı üçün 26 nəfərlik heyəti açıqlayıb. Siyahıda yer almayan futbolçulardan biri isə Joao Pedro olub.
Milliyə dəvət almayan hücumçu sosial media hesabında paylaşdığı açıqlama ilə hisslərini bölüşüb:
“Mən hər zaman əlimdən gələni etməyə çalışdım. Təəssüf ki, Dünya Kubokunda ölkəmi təmsil etmək arzusunu gerçəkləşdirmək mümkün olmadı.
Amma mən həmişə olduğu kimi sakit və fokuslanmış qalıram. Sevinc və məyusluqlar futbolun bir hissəsidir.
Bundan sonra orada olan hər kəsə uğurlar arzulayıram və mən sadəcə altıncı titulu gətirmək üçün onlara azarkeşlik edən bir fan olacağam.”
Joao Pedro 2024/25 mövsümündə diqqətçəkən statistika ilə yadda qalıb:
Buna baxmayaraq, 23 yaşlı futbolçunun Dünya Çempionatı heyətindən kənarda qalması Braziliya azarkeşləri arasında müzakirələrə səbəb olub.
© Copyright 2026, All Rights Reserved